Xəbərlər 25.04.2025 17:03 110

Aqrar sektorda sahibkarlığa dəstək: QHT sədrinin AÇIQLAMASI / FOTOLAR

23 aprel tarixində Milli Məclisin Aqrar Siyasət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondunun birgə təşkilatçılığı ilə aqrar sahəyə dair ictimai dinləmə keçirilib.

İctimai dinləmədə “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda geniş müzakirələr aparıldığını bildirən "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında aqrar sahənin inkişafının və bu sahənin sığortalanmasının vacibliyini vurğulayıb. O, təbii fəlakətlərdən heç bir sahənin sığortalanmadığını qeyd edərək, ölkəmizdə bu günə qədər 57 000 sığorta müqaviləsinin bağlandığını bildirib. 2024-cü ilin ilk dövründə imzalanan müqavilələrin 30 faizinin kənd təsərrüfatı sahəsini əhatə etdiyi qeyd edilib:

"Heyvandarlıq üzrə 8 sığorta sistemi mövcuddur. Bu sığortalar sahibkarlara dəyən zərərin ödənilməsində böyük dəstək olur. Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilən fəaliyyət bu gün aqrar sahədə və heyvandarlıqda sahibkarlar üçün əsas dəstək mexanizmlərindən biridir. Sahibkarlar təsərrüfatlarını sığortalamaqda mütləq maraqlı olmalıdırlar. Qeyd olundu ki, aqrar sığorta sahəsində elektron xidmət mövcuddur. Bu xidmət vasitəsilə sahibkarlar öz təsərrüfatlarını, fəaliyyətlərini və məhsullarını rahat şəkildə sığortalaya bilirlər. Ümumiyyətlə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan kiçik, orta və böyük sahibkarlar üçün bu, nəsildən-nəslə ötürülən bir biznes formasıdır. Bu ənənəni qoruyub saxlamaq üçün bölgələrdə gənclərə dəstək göstərilməlidir. Gənclərin ailə təsərrüfatına marağının artırılması, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin olunması onları kənddə qalmağa və bu sahə ilə məşğul olmağa həvəsləndirəcək".

Zülfiyyə Nuriyeva bildirib ki, Kənd Təsərrüfatı nazirinin müavini qeyd etdi ki, bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində kənd yerlərində sosial işçi kimi fəaliyyət göstərən gənclərimiz vardı, onların əməkhaqları da həmin nazirlik tərəfindən ödənilirdi:

"Bu birgə layihə sayəsində gənclər kənd təsərrüfatına yeni nəfəs və dinamika gətirmişdilər. Lakin layihə başa çatdıqdan sonra həmin gənclər bölgələri tərk edib, müxtəlif işlərlə məşğul olmaq üçün Bakıya üz tutdular. Bu səbəbdən çalışmaq lazımdır ki, rayonlarımızda, bölgələrimizdə və ucqar kəndlərimizdə ailə ənənəsi kimi formalaşmış kənd təsərrüfatı fəaliyyətini davam etdirmək üçün müvafiq dəstək tədbirləri həyata keçirilsin. Hər bir qurum bu istiqamətdə maraq göstərməli və gənclərin bu ənənəni yaşatmasına dəstək verməlidir".

 

Ardı var...

 

 

Pərvanə Fərhadqızı

QHT.az

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı