Xəbərlər 24.04.2025 12:49 28

Milli Observatoriya Asiya-Sakit Okean regionu üzrə beynəlxalq müsabiqədə mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya Mükafatı” (“Asia Awards”) beynəlxalq qiymətləndirmə müsabiqəsində  “Asiyanın əmək bazarı üzrə ən yaxşı təşkilatı” mükafatına layiq görülüb.

 

       Milli Observatoriyanın əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat nəticələrini əhatə edən fəaliyyəti və əldə etdiyi nailiyyətləri müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Qurumun adı qaliblər sırasına daxil edilib.

 

      (https://www.asiaawards.org/news/national-observatory-on-labour-market-and-social-protection-affairs-has-bagged-asia's-best-organization-award-for-labour-market-affairs)

 

         Müsabiqədə Azərbaycanla yanaşı, Avstraliya, Sinqapur, Cənubi Afrika, Braziliya və digər  ölkələrdən 50-dən çox layihə iştirak edib.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı