"Azərbaycan İşarət Dili artıq rəsmi ünsiyyət dili kimi TANINDI"– QHT sədri
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı QHT.az-a açıqlamasında Prezident İlham Əliyevin imzaladığı mühüm sənədi eşitmə məhdudiyyətli şəxslər üçün tarixi qərar kimi dəyərləndirib:
"Prezident İlham Əliyev eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dilinin rəsmi ünsiyyət dili kimi tanınmasını nəzərdə tutan Qanunu təsdiqlədi. Bu qərar eşitmə məhdudiyyətli şəxslərin sosial həyatdakı mövqeyini gücləndirəcək, onların hüquqlarının qorunmasına və cəmiyyətə tam inteqrasiyasına mühüm töhfə verəcək. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi olaraq bu mühüm və tarixi qərara görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk! Bu, səssiz dünyanın səsini eşitmək və eşitdirmək yolunda atılan böyük bir addımdır!"