Xəbərlər 24.04.2025 17:02 29

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında hazırda 200-ə yaxın benefisiara xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında hazırda 200-ə yaxın benefisiara xidmət göstərilir.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan Mərkəzdə həssas qruplara aid şəxslərin yaradıcı potensialının, bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.

Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan bu Mərkəzin filialları da fəaliyyət göstərir. Mərkəz və filiallarında hazırda təlimlərdə iştirak edənlərdən:

 

161 nəfəri əlilliyi olan şəxslər,

 

15 nəfəri şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların ailə üzvləri,

 

10 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar,

 

8 nəfəri aztəminatlı ailələrin üzvləridir.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında ötən dövr ərzində ümumilikdə 700 nəfərdən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə xidmətlərdən faydalanıb.

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı