Xəbərlər 08.02.2023 10:56 10713

Apellyasiya məhkəməsinin fəaliyyəti nədən ibarətdir, hansı müddətdə işə baxılır?

MG Consulting MMC-nin təqdimatı ilə

 

Sual:

Apellyasiya məhkəməsinin fəaliyyəti nədən ibarətdir, hansı müddətdə işə baxılır?
 

Cavab:

Apellyasiya məhkəməsi mülki, kommersiya və inzibati mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.
 

Birinci İnstansiya məhkəməsinin  rəsmi şəkildə təqdim edilmiş qətnaməsindən 1 ay müddətində, qərardaddan isə 10 gün müddətində tərəflər Apellyasiya Şikayəti əsasında Apellyasiya məhkəməsinə müraciət etmək hüququna malikdirlər. Apellyasiya məhkəməsi tərəfindən işə baxılması müddəti 3 ay müəyyən edilib.

Apellyasiya Məhkəməsi daxil olmuş şikayət əsasında birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edə, qismən ləğv edə, qüvvədə saxlaya və ya dəyişdirə bilər.  Apellyasiya məhkəməsinin qətnaməsi aldıqdan sonra tərəflər 2 ay müddətində Kassasiya Şikayəti verməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edə bilərlər. Həmin müddət ərzində şikayət verilmədiyi halda Apellyasiya məhkəməsinin qətnaməsi qanunu qüvvəyə minmiş hesab edilir. 
 

Mənbə:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, “Məhkəmələr və hakimlər haqqında”  Azərbaycan Respublikasının Qanunu
 

MG Consulting MMC-NİN


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı