Milli QHT Forumunun rəhbərliyi “Oriqami “ uşaq və yeniyetmələr ictimai birliyinin fəaliyyəti ilə tanış olublar - FOTOLAR
“Oriqami “ uşaq və yeniyetmələr ictimai birliyinin təşəbbüsü ilə 18 aprel 2025 -ci il tarixində Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli və NTK sədri Fariz Əkbərov, AMQF könüllüsü Samir Əliyev uşaq birliyinə səfər ediblər.
Bu barədə “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyinin sədri Namiq Nəcəfov QHT.az-a açıqlamasında bildirib. QHT sədri görüş zamanı Bakıətrafı kənd və qəsəbələrdə icra olunmuş layihələr barədə ətraflı məlumat verib, kənd və qəsəbələrdə yaşayan istedadlı yeniyetmələrin üzə çıxarilması sahəsində qabiliyyət və bacarıqların inkişafına nümunə olaraq onlardan bir qrupunun əl işləri ilə - rəngarəng oriqami fiqurlarını nümayiş etdirib:
"Görüşdə Nardaran qəsəbəsi 130 № li tam orta məktəbin vı b sinif şagirdi Nağıyev Hacıəli, vı a sinıf şagirdi Babayeva Zeynəb, vı c sınıf şagirdi Həsənova Xədicə, vı c sınıf şagirdi Bibiquluzadə Məhəmməd və məktəbin xarici dil müəlliməsi Cəlali Sənubər iştirak ediblər. Şagirdlərlə ana dilində aydın və səlis danışmaq, xarici dil (ingilis, rus dilləri) bacarıqlarına yiyələnmək üçün səslərin tələffüzünə xüsusi ilə diqqət yetirmək, fərd olaraq, özündə, ilkin natiqlik vərdişlərinin formalaşmasına səy göstərmək, asudə vaxtlarını daha məzmunlu keçirtmək mövzularında sərbəst müzakirələr aparılıb".
AMQF Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli görüşün sonunda Nardaran qəsəbəsi 130 № li tam orta məktəbin təmsilçilərinə xatirə hədiyyələri təqdim edib.