Xəbərlər 28.04.2025 01:02 59

Deputat Xətai rayonunda yüksək nəticə göstərən məzunlarla görüş - FOTOLAR

Bugün Milli Məclisin deputatı Pərvanə Vəliyeva və Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov Xətai rayonu məktəblərindən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yüksək nəticə göstərmiş bir qrup şagird və onların valideynləri ilə görüşdü.

QHT.az xəbər verir ki, deputat və İcra Hakimiyyətinin nümayəndəsi əldə etdikləri uğura görə gəncləri və valideynlərini təbrik etdi. Deputat tədbirdə çıxışı zamanı bildirdi ki, “sevindiricidir ki, ölkəmizdə belə ağıllı, savadlı, məsuliyyətli, təhsildə yüksək nəticələr göstərən gənclərimiz var. Onların hər biri artıq Prezident təqaüdünə namizəd və üç nəfər isə maksimum 300 balı toplamaqla, 700 bala namizəddir”.

Deputat həmçinin, bu il qəbul imtahanlarında iştirak edəcək bütün abituriyentlərə uğurlar dilədi və onların hər birinə işıqlı gələcək arzuladı.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı