Xəbərlər 28.04.2025 01:09 73

Şagirdlər arasında “Pullarla hesablama” mövzusunda əyani məşğələ keçirilib - VİDEO

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin pedaqoji psixoloqu Cəmilə İsbəndiyarovanın təşkilatçılığı ilə bu təhsil ocağının aşağı sinif şagirdləri arasında  “Pullarla hesablama” mövzusunda məşğələ keçirilib. 

QHT.az xəbər verir ki, bu mövzunun məktəbin şagirdləri arasında əyani şəkildə tətbiq edilməsinin məqsədi yeniyetmələrin təlim və tərbiyələrinin, həyati bilgilərinin daha da möhkəmləndirmək, dərsləri yaxşı mənimsədiklərini nümayiş etdirmək idi. Beləliklə, 3b sinifində bu mövzu şagirdlər arasında dükanda alış-veriş şəklində təşkil olundu. Burada şagirdlər həm satış və alış proseslərinin incəlikləri təqlid edildi, fərqli məhsullar haqqında bilgiləri yoxlandı, eləcə də müxtəlif əşyaların ticarəti haqqında əyani təcrübə vasitəsilə bazarlaşma düşüncəsi formalaşdırıldı.

Məşğələ zamanı həmin əşyalara qoyulan qiymətlərlə şagirdlərin alış-veriş vərdişləri yoxlanıldı. Maraqlı məsələlərin əyani şəkildə təşkil olunmasında məqsəd uşaqların bu mövzunun daha yaxşı mənimsəməsi, pullarla hesablamanı dərindən, daha yaxşı mənimsəməsi idi ki, bu zaman həm öyrənmək, həm də dərsdə, yaxud həyatda bildiklərini real tətbiq etməklə zəmanəyə uyğunlaşmasına nail olmaq idi. Məşğələ prosesində şagirdlərin əyani formada bir-birləri ilə ticarət edərək məhsulların qiymətlərinin hesablanması, alış-veriş zamanı məhsuldan qalan qiymətin geri qaytarılması məsələlərinə xüsusi diqqət ayrıldı. 

Bütün bu məsələlər şagirdlərin biliklərinin daha da möhkəmləndirilməsinə istiqamətləndirildi. Konkret olaraq bu dərsin əyani şəkildə təşkil olunmasının mahiyyəti şagirdlərin öyrəndiklərini tətbiq etməklə, ticari vərdişlərinin daha da möhkəmləndirmək, eyni zamanda dərsləri daha da yaxşı mənimsəməkləri üçün zəmin yaratmaq, həyatda real biliklərini təkrarən nümayiş etdirmək idi. Onu da bildirək ki,  Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin pedaqoji psixoloqu Cəmilə İsbəndiyarovanın təşkilatçılığı ilə  davamlı məşğələlər müxtəlif mövzular ətrafında, fərqli formatlarda, ardıcıllıqla təşkil olunur.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı