Xəbərlər 23.04.2025 16:44 77

Ailə münaqişələrinin həllində mediasiyanın rolu müzakirə edilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Mediasiya Təşkilatı və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə münaqişələrinin həlli üçün mediasiyanın rolunun gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin və vətən uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəşad Həsənzadə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Daha sonra söz Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyevə verilin. Eltun Həziyev fundamental ailə dəyərləri sisteminin tarixən formalaşmış prinsiplərindən, dövlətin ailənin dayaqlarının möhkəmləndirilməsi və uşaqların sağlam inkişafı üçün mühüm hüquqi mexanizmlər formalaşdırdığından bəhs edərək bu istiqamətdə mediasiyanın xüsusi yeri olduğunu, vətəndaşların məhkəmə proseslərinə getmədən, mediasiya prosesində iştirak etməklə mübahisələrin qısa vaxt ərzində həll edilə biləcəyini vurğulayıb.

Daha sonra Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiya ilə bağlı fikirlərini diqqətə çatdırıb, mediasiya institutunun müvafiq sahədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib, ölkəmizdə mediasiyanın inkişafından bəhs edib.

85 nəfərin iştirak etdiyi tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı