Apellyasiya məhkəməsinin fəaliyyəti nədən ibarətdir, hansı müddətdə işə baxılır?
MG Consulting MMC-nin təqdimatı ilə
Sual:
Apellyasiya məhkəməsinin fəaliyyəti nədən ibarətdir, hansı müddətdə işə baxılır?
Cavab:
Apellyasiya məhkəməsi mülki, kommersiya və inzibati mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.
Birinci İnstansiya məhkəməsinin rəsmi şəkildə təqdim edilmiş qətnaməsindən 1 ay müddətində, qərardaddan isə 10 gün müddətində tərəflər Apellyasiya Şikayəti əsasında Apellyasiya məhkəməsinə müraciət etmək hüququna malikdirlər. Apellyasiya məhkəməsi tərəfindən işə baxılması müddəti 3 ay müəyyən edilib.
Apellyasiya Məhkəməsi daxil olmuş şikayət əsasında birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edə, qismən ləğv edə, qüvvədə saxlaya və ya dəyişdirə bilər. Apellyasiya məhkəməsinin qətnaməsi aldıqdan sonra tərəflər 2 ay müddətində Kassasiya Şikayəti verməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edə bilərlər. Həmin müddət ərzində şikayət verilmədiyi halda Apellyasiya məhkəməsinin qətnaməsi qanunu qüvvəyə minmiş hesab edilir.
Mənbə:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu
MG Consulting MMC-NİN