ABŞ alimlərinin apardığı yeni araşdırma göstərib ki, uzunmüddətli yuxu çatışmazlığı təkcə beyin fəaliyyətinə deyil, həm də bağırsaqların sağlamlığına ciddi təsir göstərə bilər. Tədqiqatın nəticələrinə əsasən, yuxusuzluq beyindən bağırsaqlara göndərilən siqnalları dəyişdirərək bağırsaq kök hüceyrələrinin normal fəaliyyətini pozur və onların özünü bərpa etmə qabiliyyətini azaldır.

QHT.az xarici mediaya istinadən bildirir ki, alimlər bildirirlər ki, bu proses bağırsaq divarının zəifləməsinə səbəb ola və gələcəkdə iltihabi bağırsaq xəstəlikləri də daxil olmaqla müxtəlif həzm sistemi problemlərinin yaranma riskini artıra bilər. Araşdırma bağırsaqla beyin arasında mövcud olan əlaqənin əvvəllər düşünüldüyündən daha güclü olduğunu göstərib. 

Tədqiqat müəllifləri vurğulayırlar ki, nəticələr hələ erkən mərhələdədir və əsasən laboratoriya şəraitində aparılıb. Bununla belə, onlar hesab edirlər ki, keyfiyyətli yuxu yalnız zehni fəaliyyət üçün deyil, həzm sisteminin sağlam qalması üçün də vacib amildir. Mütəxəssislər böyüklərə hər gecə 7–9 saat keyfiyyətli yuxu almağı, yuxu rejiminə riayət etməyi və davamlı yuxu problemləri olduqda həkimə müraciət etməyi tövsiyə edirlər.

Piranə Xasiyeva