AZƏRBAYCAN QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ 4-CÜ ƏMƏKDAŞLIQ FORUMU QHT SEKTORUNUN İNKİŞAFININ YENİ MƏRHƏLƏSİNİN NƏTİCƏLƏRİNİ NÜMAYİŞ ETDİRDİ
Qədim dövlətçilik və mədəniyyət beşiyi, Nizami yurdu, Gəncə şəhəri 5–6 noyabr 2026-cı il tarixlərində möhtəşəm bir tədbirə, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının 4-cü Əməkdaşlıq Forumuna ev sahibliyi etdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin tərəfdaşlığı ilə Gəncə şəhərində keçirilən təşkil olunan Forum həm həm strateji məzmunu, miqyası, yükək emosional Zəfər ovqatı, mükəmməl təşkilatçılığı ilə Azərbaycan vətəndaş cəmiyyətinin yüksək potensialını, əldə olunun nəticələri bir daha nümayiş etdirdi.
QARŞIYA QOYULAN STRATEJİ HƏDƏFLƏR KAĞIZ ÜZƏRİNDƏ QALMAYIB
Gəncə Forumunda Bakı, Zəngilan, Xankəndində keçirilən əvvəlki üç Forumda qarşıya qoyulan məqsədləri, vəzifələri, hədəfləri istiqamətində əhəmiyyətli irəlilyəşi diqqəyə çatdırdı. Əvvəlki Forumlarda milli vətəndaş cəmiyyətinin yeni dövrün çağırışlarına uyğunlaşması, post-münaqişə bərpa prosesinə və Böyük Qayıdışa inteqrasiyası, formal icraçılıqdan ölçüləbilən nəticələrə keçid hədəf kimi müəyyənləşdirilmişdi. Gəncədə aparılan müzakirələr, bugünkü nəticələr, qət edilən yolun obyektiv analizi sübut etdi ki, qarşıya qoyulan strateji hədəflər kağız üzərində qalmayıb, ardıcıl və mərhələ-mərhələ gerçəkləşdirilib.
Azərbaycan QHT sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması dövlətimizin başçısı cənab İlham Əliyevin vətəndaş cəmiyyətinə göstərdiyi davamlı diqqətin və onun rəhbərliyi ilə həyata keçirilən institusional islahatların, tarixi Zəfərimizin yaratdığı yeni imkanların bəhrəsidir.
Azərbaycanın 44 günlük Vətən Müharibəsində tarixi qələbəsi QHT sektorunun inkişafı, müasir çağırışlarla ayaqlaşması, Zəfər tarixinin reallıqları kontekstində ölkəmizin milli inkişaf prirotetlərinə uyğunlaşması, ölkənin inkişaf strategiyası ilə həmahəng inkişaf etməsi zərurətə çevirilmişdi.
Məhz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı yeni inkişaf mərhələsinə start verildi. Qısa müddət ərzində normativ-hüquqi bazanın, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, yeni təşkilati mədəniyyət formalaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Nazirlər Kabinetinin 15 sentyabr 2023-cü il tarixli qərarları ilə Agentlik tərəfindən qrant müsabiqələrinin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və qrant məbləğinin yuxarı həddini təsdiq edilməsi köklü dəyişiklik və yeni gerçəklik yaratdı. Dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi, şəffaflıq və hesabatlılığın yüksək standartlarının tətbiqi sektora sirayət edərək transformativ effekt verdi.
Medianın İnkişafı Agentliyinin monitorinqləri göstərdi ki, 2025-ci ildə respublika üzrə veb-saytlarda mətnində “QHT” sözü olan informasiyalar ümumi informasiyanın təxminən 9%-dən çox olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli 560 nömrəli Fərmanı və Nazirlər Kabinetinin qərarı qeyri-hökumət təşkilatlarının “bir pəncərə” modelinin yaradılması bu sahədə inqilabi addım oldu. QHT-lərin dövlət maliyyələşməsində “bir pəncərə” modelinin tətbiqi, parakəndəliyi, bürokratiyanı aradan qaldırdı, şəffaflıq və ictimai hesabatlılığı yüksək dərəcədə gücləndirdi. “Bir pəncərə” prinsipi əsasında maliyyələşdirilmə mexanizmi QHT sektoruna dövlət dəstəyinin fəlsəfəsini, baxışı, düşüncələri yeniləyir, keyfiyyət dəyişikliyi üçün real zəmin yaradır.
QHT SEKTORUNUN HƏM AMBİSİYALARI, BEYNƏLXALQ ƏLAQƏLƏRİ, NÜFUZU HƏM DƏ PRAKTİKİ SƏRİŞTƏSİ ARTIB
Əminliklə deyə bilərik ki, son illər ərzində Azərbaycanın QHT sektorunda aparılmış köklü sağlamlaşdırma, şəffaflıq və institusional quruculuq tədbirləri sektorun həm ambisiyalarını, həm də praktiki səriştələrini keyfiyyətcə yeni mərhələyə qalıdrmışdır.
Bu gün Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan Qlobal Cənub QHT Platforması beynəlxalq arenada fəal aktordur. Azərbaycanın təşəbbüsü ilə yaradılan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması türk inteqrasiyasında ictimai diplotaiya ilə əhəmiyyətli töhfə verir.
Azərbaycan QHT-ləri ucqar kəndələrdə icma maraqlarını, nüfuzlu beynəlxalq platformalarda ölkəmizin maraqlarını, qlobal miqyasda əzilən xalqların maraqlarını əzmlə, bacarıqla müdafiə edir.
WUF13 Azərbaycan QHT sektorunun daha bir uğur hekayəsi kimi yadda qalacaq. Ümumdünya Şəhərsalma Forumunun (WUF) tarixində ilk dəfə olaraq Azərbaycanının təşəbbüsü ilə QHT Forumunun təşkil edilməsi milli QHT sektorunun təşəbbüslərinin qlobal xarakter almasını əyani şəkildə sübut edir.
Əsas diqqət mərkəzində olan məsələlərdən biri də QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətin daha da genişləndirməsidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2021-ci ildən bəri 7 dəfə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarının təşkil edilib, bu proqramlarda 1000-ə qədər QHT iştirak edib.
Azərbaycan QHT-lərinin ölkəmizə qarşı informasiya hücumlarına, təxribatlara, qarayaxama kampaniyalara və aksiyalara, tədbirlərə qarşı passiv mövqeyi fəal, proaktiv reaksiya və təsir strategiyası ilə əvəzlənib. Azərbaycan QHT-ləri beynəlxalq gündəliyi diqqətlə izləyir və ölkəmizə qarşı həyata keçirilən, planlaşdırılan fəaliyyətlərlə əlaqədar gerçəkliyi əks etdirən, faktları diqqətə çatdıran, obyektiv analiz, ölkəmizin mövqeyini təqdim edən, saxta məlumatları ifşa edən müraciətlər, məktublar ünvanlamaqla, çağırışlar, aksiyalarla çevik reaksiya verirlər. Azərbaycan QHT-ləri artıq beynəlxalq platformalar, təşkilatları cavabdeh saxlamaq bacarıqlarını kifayət qədər mənimsəyiblər.
Forum yalnız diskussiyalarla məhdudlaşmadı, noyabrın 5-də QHT-lər Nizami Gəncəvi məqbərəsini və erməni terrorunun qurbanı olmuş dinc sakinlərin xatirəsinə ucaldılan Gəncə Memorial Kompleksini ziyarət olundu.
Forum çərçivəsində Futbolun İnkişaf Fondunun “Amputant futbol turnirinin təşkili” layihəsi üzrə minadan zərər çəkmiş qazilərimizin və vətəndaşlarımızın amputant futbol oyunu, həmçinin “Böyük Qayıdış”a həsr olunan “Sabaha doğru” sənədli filminin təqdimatı cəmiyyətimizin sarsılmaz iradəsini və QHT-lərin həssas qruplarla işdəki dərin həssaslığını nümayiş etdirdi.
Forum çərçivəsində təşkil olunan paralel panellərdən birincisi QHT-lərin rəqəmsallaşma, sosial media və süni intellekt bacarıqlarının inkişafına həsr olunaraq, vətəndaş cəmiyyətinin innovativ texnologiyalar vasitəsilə ictimai təsirini və hesabatlılığını artırmaq yollarını əhatə etdi. Eyni zamanda paralel aparılan ikinci panel müzakirəsində Azərbaycan QHT-lərinin milli maraqların və ideoloji təhlükəsizliyin qorunmasındakı strateji rolu, Qərbi Azərbaycan irsinin beynəlxalq aləmdə təbliği və Bakı Təşəbbüs Qrupunun təcrübəsində neomüstəmləkəçiliyə qarşı ictimai diplomatiya imkanları dərindən təhlil olundu.
“Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş üçüncü paneldə isə WUF13 çərçivəsində əldə olunmuş təcrübə və vətəndaş cəmiyyətinin dayanıqlı, inklüziv şəhərsalma proseslərinə töhfəsi, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış və icma quruculuğu prioritetləri müzakirə edildi.
QHT-LƏR DÖVLƏTİMİZİN SUVERENLİYİ, XALQIMIZIN BİRLİYİ VƏ BÖYÜK QAYIDIŞ HƏDƏFLƏRİ ƏTRAFINDA DƏMİR YUMRUQ KİMİ BİRLƏŞDİKLƏRİNİ BƏYAN ETDİLƏR
Gəncədəki Forum QHT sektorunun dövlətlə və cəmiyyətlə vəhdətini, eləcə də birgə fəaliyyətin gücünü sübut etdi.
QHT Forumları gələcək fəaliyyətlərimiz, beynəlxalq platformalarda ölkəmizi daha da uğurla təmsil etməyimiz və vətəndaş cəmiyyətinin institusional baxımdan güclənməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Xüsusən gələcək prioritetlər, ideyaların, təkliflərin toplanması, ən vacib məsələlərlə bağlı ümumi baxışın formalaşması, dövlət orqanlarının və QHT-lərin gözləntilərinin açıqlanması, təhlili baxımdan Forumdakı müzakirələr, çıxışlar böyük əhəmiyyətə malikdir.
Gəncə Forumunda bütün iştirakçılar adından Cənab Prezident İlham Əliyevə ünvanlanan müraciət isə sektorun dövlətçiliyə və milli inkişaf kursuna birmənalı sadiqliyinin növbəti təzahürü oldu. QHT-lər dövlətimizin suverenliyi, xalqımızın birliyi və Böyük Qayıdış hədəfləri ətrafında dəmir yumruq kimi birləşdiklərini bəyan etdilər.
Güclü vətəndaş cəmiyyəti, güclü dövlət deməkdir!








