“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi “Gənclərin özünüməşğulluq və sahibkarlıq bacarıqları” layihəsinin icrasını davam etdirir. Layihə Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə iyul ayından icrası başlanılıb.

“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev QHT.az- a açıqlamasında bildirib ki, layihənin icra planına uyğun olaraq müvafiq sənədləşmə işləri həyata keçirilir, aidiyyəti qurumlarla əməkdaşlıqlar edilir, müvafiq müqavilələr bağlanılır: “Layihənin əsas məqsədi Şəki şəhərində yaşayan və 15-35 yaş yeniyetmə və gənclər üçün karyera, peşə bacarıqları, sahibkarlıq və sənətkarlıqla bağlı mövzularda təlimlərin təşkili, onların təcrübəli Biznes nümayəndələri, dövlət və ictimai təşkilatların nümayəndələri ilə, eləcə də sənətkarlarla görüşlərini təşkil etməkdən ibarətdir. Bunlar yeniyetmə və gənclərin gələcək həyatına, özləri üçün yeni iş yeri yaratmalarına müsbət və effektiv təsir göstərəcəkdir. Layihə 2 ay müddətində davam edəcəkdir. 

 

Pərvanə Fərhadqızı