“Devex”in bu həftəki podkast buraxılışında süni intellekt sahəsində yaranan yeni maliyyə imkanlarının beynəlxalq xeyriyyəçiliyə təsiri və COP31 çərçivəsində iqlim maliyyələşməsindəki fərqlər müzakirə edilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, podkastın aparıcısı Adva Saldinger “Devex” jurnalistləri Ketrin Çeyni və Cessi-Çeys Lubitz ilə birlikdə həftənin əsas qlobal inkişaf mövzularını müzakirə edib.
Buraxılışda “Anthropic” şirkətinin birjada böyük uğurla təqdim olunması və bu tarixi ilkin səhm təklifinin beynəlxalq inkişaf sahəsinə mümkün təsirləri diqqət mərkəzində olub. Xüsusilə süni intellekt sektorunda yaranan yeni sərvətlərin xeyriyyəçilik fəaliyyətini necə dəyişə biləcəyi, qrant imkanlarını artırması və yeni maliyyə mənbələri yaradaraq qlobal problemlərin həllinə töhfə verməsi məsələlərinə toxunulub.
Həmçinin süni intellekt sahəsində sərvət qazanan yeni xeyriyyəçilərin gələcəkdə hansı qlobal problemlərin həllinə vəsait ayıra biləcəyi müzakirə edilib. Podkastda COP31 çərçivəsində iqlim maliyyələşməsində mövcud fərqlər də həftənin əsas mövzularından biri kimi təqdim olunub.
Podkastı Spotify, Apple Podcasts, SoundCloud və YouTube platformalarında dinləmək mümkündür.










