Beynəlxalq vətəndaş cəmiyyəti alyansı CIVICUS İndoneziya Prezidenti Prabovo Subiantonu vətəndaş azadlıqlarına qarşı təzyiqləri dayandırmağa çağırıb.
Təşkilatın yaydığı açıqlamada ölkədə vətəndaş azadlıqlarının vəziyyəti ilə bağlı narahatlıq ifadə olunub. CIVICUS prezident administrasiyasını insan hüquqları üzrə beynəlxalq öhdəliklərə əməl etməyə və vətəndaş cəmiyyətinin fəaliyyətinə mane olan addımlardan çəkinməyə çağırıb.










