“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud ABŞ və Çin arasında qlobal güc mübarizəsindən, Rusiyanın beynəlxalq siyasi çəkisinin azalmasından, Ukrayna və İran müharibələrinin gələcək taleyi haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"İddia edirdi ki, əslində dünyada birinci bizik. Sadəcə haqsızlığa məruz qalmışıq, müharibə edib yenə l olacağıq. Ona görə də 5 ilə yaxındır ki, öz irqindən olanları da uşaq, qoca demədən böyük həvəslə imperiyanın qətlə yetirdiklərinin siyahısına əlavə etməkdə davam edir.

Çin lideri Si Szinpin bu gün Şençjen şəhərində praktik olaraq izah etdi ki, Trampla birgə sizi neçənci yerə təyin ediriksə deməli, həmin yerdəsiniz. Si Szinpin Ukrayna müharibəsinə qədərki, Rusiyanın artıq mövcud olmadığını, dünyada yalnız iki supergücün - ABŞ və Çinin varlığını kameralar önündə açıq nümayiş etdirdi.

Deməli, hələ Ukraynada qan tökülməyə davam edəcək, İranda isə növbəti faza başlayacaq".