Uşaqlara tərəvəz yedirmək bir çox valideyn üçün çətin məsələlərdən biridir. Lakin qidalanma vərdişlərində edilən kiçik dəyişikliklər uşaqların tərəvəzlərə marağını artıra və sağlam qidalanma alışqanlığının formalaşmasına kömək edə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, uşaqların tərəvəz yeməyə həvəsləndirilməsi üçün ailə daxilində bəzi sadə vərdişlərin formalaşdırılması tövsiyə olunur. Qidalanma zamanı yaradılan müsbət mühit və uşaqların qida seçimlərinə cəlb edilməsi bu prosesdə mühüm rol oynayır.

Mütəxəssislər uşaqlara tərəvəzləri müxtəlif formalarda təqdim etməyi, onları yemək hazırlığına cəlb etməyi və ailə üzvlərinin sağlam qidalanma ilə nümunə olmasını vacib hesab edirlər.

Tərəvəzləri süfrəyə mütəmadi çıxarmaq, fərqli reseptlərdən istifadə etmək və uşaqlara yeni dadları təzyiq göstərmədən sınamaq imkanı yaratmaq da onların marağını artıra bilər.

Qeyd olunur ki, uşaqlarda sağlam qidalanma vərdişlərinin erkən yaşlardan formalaşması gələcək həyatlarında da düzgün qida seçimləri etmələrinə kömək edir.