Bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazananlar arasında qəhrəman şəhidlərimizin xanımları da olub.
QHT.az xəbər verir ki, ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi bu il tələbə adını qazanan şəhid xanımlarının siyahısı müəyyənləşdirib.
- Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova - Naxçıvan Dövlət Universiteti (Tarix)
- Şəhid Ədliyyə kapitanı Ruhin Xəlilovun həyat yoldaşı Günel Xəlilova - Odlar Yurdu Universiteti (Mühasibat uçotu)
- Şəhid çavuş Sərvan Eyyubovun həyat yoldaşı Aytac Eyyubova - Qərbi Kaspi Universiteti (Mühasibat)
- Şəhid MAXE Sahil Babayevin həyat yoldaşı Nərmin Babayeva - Lənkəran Dövlət Universiteti (Dövlət və bələdiyyə idarəetməsi)
Hər birini qazandıqları bu uğur münasibətilə təbrik edirik!












