28 avqust 1992-ci ildə Goranboy rayonunun “Ballıqaya” adlandırılan ərazisində öz dədə-baba yurdlarından didərgin düşərək, ailə üzvləri ilə birlikdə erməni zülmündən qaçaraq bu əraziyə gələn Azərbaycanlılara qarşı ermənilər tərəfindən növbəti soyqırımı hadisəsi törədildi.
QHT.az xəbər verir ki, “Ballıqaya” qətliamında 24 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir. Hadisə qurbanlarından 19 nəfər Laçın rayon Şamkənd nümayəndəliyinin sakini , 4 nəfər Piçənis nümayəndəliyin sakini və 1 nəfər isə əvvəllər Şamkənd nümayəndəliyinin sakini olmuş sonradan Şuşa şəhərinin qeydiyyatına düşmüşdür. Bu dəhşətli faciə nəticəsində qocalar, qadınlar ,uşaqlar amansızlıqla qətlə yetirilmiş, yandırılmışdır. Ballıqaya qətliamında hər iki valideyinlərini itirənlər eləcədə, ailə üzvlərindən bir neçəsini itirənlər olmuşdur.
Dünya ölkələri tərəfindən hələdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinə hüquqi qiymətlər verilməyib. Bu qətliam zamanı şəhid olanların əziz xatirələrini ehtiramla anır, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.












