İsraildə fəaliyyət göstərən Code for Israel təşkilatı və Adam and Gila Milstein Family Foundation onlayn antisemitizm və nifrət çağırışlarına qarşı mübarizəni gücləndirmək məqsədilə yeni texnoloji təşəbbüs həyata keçirir.

QHT.az xarici mediaya istinadən bildirir ki, layihə çərçivəsində texnologiya sahəsində çalışan mütəxəssislər, proqramçılar və könüllülər qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa cəlb olunur. Təşəbbüsün əsas məqsədi rəqəmsal mühitdə yayılan nifrət məzmununun müəyyənləşdirilməsi və ona qarşı daha effektiv texnoloji həllərin hazırlanmasıdır.

Təşəbbüs süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə onlayn platformalarda yayılan zərərli məzmunla mübarizənin əhəmiyyətini ön plana çıxarır. Layihə vasitəsilə QHT-lərin texnoloji imkanlarının genişləndirilməsi, onların rəqəmsal təhlükələrə qarşı daha hazırlıqlı olması nəzərdə tutulur.

Təşkilatçılar texnologiya mütəxəssisləri ilə vətəndaş cəmiyyəti nümayəndələrinin əməkdaşlığının sosial problemlərin həllində mühüm rol oynadığını hesab edirlər. Bu əməkdaşlıq sayəsində QHT-lərin fəaliyyətində innovativ vasitələrdən istifadənin genişləndirilməsi hədəflənir.