Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Şükürov 1995-ci il avqustun 27-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2013-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2017-ci ildən etibarən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət etməyə başlayıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 14-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
İlkin Şükürov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!












