"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan üzrə Koordinatoru Hayrettin Özçeliklə görüşüb.
QHT.az xəbər verir ki, TİKA Bakı ofisində baş tutan görüş zamanı gələcəkdə birgə həyata keçirilməsi planlanan layihələr haqda fikir mübadiləsi aparılıb.












