Ümumdünya QHT icması üçün əlamətdar bir gün hesab edilən Ümumdünya QHT Günü 2014-cü ilin 27 fevral tarixində təsis edilib.
QHT.az xəbər verir ki, deputat Azər Allahverənov bildirib ki, bu gün il boyu cəmiyyətə töhfə verən bütün qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının, eləcə də onların fəaliyyətini həyata keçirən fədakar insanların tanınmasına həsr olunmuş beynəlxalq bir gündür:
"Ümumdünya QHT icması üçün əlamətdar bir gün hesab edilən “Ümumdünya QHT günü” 2014-cü ilin 27 fevral tarixində təsis edilmişdir. Bu gün il boyu cəmiyyətə töhfə verən bütün qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının və bu fəaliyyətin arxasında duran insanların tanınmasına, onların nailiyyətlərinin qeyd edilməsinə həsr olunmuş beynəlxalq bir gündür. Bu tarixi gün o səbəbdən seçilmişdir ki, QHT sektorunun tanınması mənasını verən “beynəlxalq qeyri-hökumət təşkilatı” anlayışı Birləşmiş Millətlər Təşkilatının qətnaməsinə məhz 1950-ci ilin fevral ayının 27-də daxil edilmişdir. Bu tarixi əsas götürən 12 Baltikyanı dövlətin təmsilçiləri həmin regionda fəaliyyət göstərən QHT-lərin IX-cu forumunun 8-ci sammitində 27 fevral tarixini məhz QHT günü kimi qeyd olunmasını bəyan etmişdilər. Nəhayət, 2014-cü ilin fevral ayının 27-də Finlandiyanın paytaxtı Helsinki şəhərində bir çox dünya liderlərinin iştirakı ilə təşkil olunan təntənəli tədbirdə bu gün ilk dəfə rəsmən qeyd edilmişdir. Hazırda “Ümumdünya QHT Günü”nü dünyanın 89 ölkəsində fəaliyyət göstərən 10 milyondan çox QHT və həmin təşkilatlarda çalışan 50 milyondan çox QHT təmsilçisi qeyd edir".
Deputat Azər Allahverənov vurğulayıb ki, bu günün qeyd edilməsi QHT-lərin cəmiyyətə verdiyi töhfələrin dəyərləndirilməsi və onların fəaliyyətinin daha geniş tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.
Pərvanə Fərhadqızı












