Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bu gün Ümumdünya QHT Günü ilə bağlı QHT.az-a açıqlamasında bildirib ki, QHT sektoru sosial, mədəni, humanitar inkişaf və insan haqlarının qorunması sahəsində effektiv iş aparıb.
Onun sözlərinə görə, bu töhfələri nəzərə alaraq, dünya miqyasında QHT-lərin inkişafını dəstəkləmək məqsədilə müxtəlif platformalar yaradılıb:
"Qeyri-Hökumət Təşkilatlarının müasir strukturda formalaşmasının tarixi qədim deyil. Peşəkar QHT-lərin yaranması, inkişafı və institutlaşması prosesi son iki yüz ilin məhsuludur. Amma bu qısa zaman kəsiyində QHT sektoru bəşəriyyət üçün faydalı olan fəaliyyət sərgiləyə bilib. Sosial, mədəni, humatitar inkişaf, həmçinin, insan haqlarının qorunması sahəsində effektiv iş qurub, təhvələr verib. Bu töhvələri nəzərə alaraq, QHT sektorunun özünün inkişaf etdirilməsi üçün mütərəqqi dünya tərəfindən zəruri addımlar atılıb. BMT qismində ən böyük dövlətlərarası təşkilatın nəzdində QHT-lərin iştirakını təmin edən platforma-ECASOC- yaradılıb. Milli QHT-lər öz fəaliyyətlərini ECASOC -üzərindən beynəlxalq müstəviyə çıxararaq, güclərini birləşdirə bilirlər. Təsis edilmiş “Ümumdünya QHT Günü” də QHT fəaliyyətini stimullaşdırmaq, QHT-lərə ciddi önəm verildiyini nümayiş etdirmək üçün atılmış bir addımdır. Bu cür stimullaşdırıcı addımların nəticəsidir ki, QHT sektoru sürətlə inkişaf edir və bəşəriyyət üçün töhvələr verir".
Müşfiq Ələsgərli həmçinin qeyd edib ki, sevindirici haldır ki, bu gün ölkəmizdə də QHT sektorunun inkişafına ciddi önəm verilir. Onun sözlərinə görə, Azərbaycan az saylı post-sovet ölkələrindəndir ki, burada QHT-lərin fəaliyyətini stimullaşdırmaq üçün xüsusi konsepsiya qəbul edilib:
"Həmçinin, bu konsepsiyadan irəli gələn işləri həyata keçirmək üçün xüsusi Agentlik yaradılıb. Bu qayğı və diqqətin nəticəsidir ki, Azərbaycan QHT-ləri inkişaf ediblər, institutlaşıblar və beynəlxalq təşkilatlareda təmsilçilik hüququ qazanıblar. İndi ölkəmizdə beynəlxalq strukturların, o cümlədən, ECOSOC-un üzvü olan çoxlu sayda təşkilatlar mövcuddur. Digər beynəlxalq platformalara üzvlük hüququ qazanmış QHT-lər də mövcuddur. Təmsil olunduqları platformaların imkanlarından yararlanaraq, ölkəömizə töhvələr verirlər. 2022-ci ili dekabr ayında başlanan “Laçın yolu aksiyası”nın, 2024-cü ildə Bakıda keçirilən COP29 sammitinin yükunları də sübut etdi ki, Azərbaycan QHT-ləri kifayət qədər inkişaf edə biliblər".
Pərvanə Fərhadqızı












