QHT.az xəbər verir ki, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimli Avropa ölkələrinin Ukraynanı son həddə qədər dəstəkləmək qərarının yeni geosiyasi vəziyyət yaratdığını bildirib. Onun sözlərinə görə, bu addım ABŞ-ın Rusiyayla sövdələşmə imkanlarını aradan qaldırıb:
"Müharibənin uzanması Moskva üçün də risklidir, Polşaya təhdidlər isə Avropa ictimaiyyətində qorxu yaratmaq və hökumətlərə təzyiq məqsədi daşıyır".
Məsələ ilə bağlı “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli də münasibət bildirib:
"Putin-Tramp görüşü də yüksək notlarla bitməmişdi. İstənilən halda bu qədər ölkə ilə üz-üzə qalmaq Moskvaya heç bir yaxşı perspektiv vəd etmir. Hələ güvəndiyi 1-2 rıçaq var, ona görə də hələ şir həmişə şirdir deyirlər".
Pərvanə Fərhadqızı






