İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet kəşfiyyat xidməti İsrail Hərbi Hava Qüvvələrinin Fələstinin Həmas qruplaşmasının rəhbərliyinə zərbələr endirib.

QHT.az xəbər verir ki, Bəyanatda Qətərdən birbaşa bəhs edilməyib, lakin HƏMAS-ın yüksək rəhbərliyinin yaşadığı Dohada güclü partlayışlar barədə xəbərlərdən sonra verilib.

“Hədəfdə olan liderlər uzun illər terror təşkilatının fəaliyyətinə rəhbərlik ediblər və 7 oktyabr qətliamına və İsrail dövlətinə qarşı müharibənin aparılmasına görə bilavasitə məsuliyyət daşıyırlar”, - deyə bəyanatda bildirilir.

IDF, dəqiq idarə olunan sursatların və digər kəşfiyyat məlumatlarının istifadəsi də daxil olmaqla, zərbədən "mülki əhaliyə dəyən zərəri azaltmaq üçün addımlar atdığını" söylədi.

 

R.İmanov