QHT.az xəbər verir ki, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransında (LLDC3) keçirilən Vətəndaş Cəmiyyəti Forumu ilə yanaşı, Lider Qadınlar, Cənub-Cənub Əməkdaşlığı və Gənclər Forumlarında iştirak edib.
Nədimə Rəhimli bildirib ki, Cənub-Cənub Əməkdaşlığı Forumu çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib ilə görüşərək Qlobal Cənub QHT Platformasının gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.
O, həmçinin nəqliyyat əlaqələrinin qurulmasına dair bir neçə sessiyada Azərbaycanın xüsusi olaraq qeyd olunmasının sevindirici olduğunu vurğulayıb. Belə ki, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı direktorunun müavini Dmitri Mariyasin Azərbaycanın rəqəmsal nəqliyyat infrastrukturu və beynəlxalq dəhlizlərlə inteqrasiyası istiqamətində atdığı addımları təqdirəlayiq hesab edib.
Pərvanə Fərhadqızı






