"Bizə, hüquq müdafiəçisi kimi, monitorinq qurupuna ərizələr var idi. Tikinti Şirkətlərini də qınamıram, gündə qiymətlər qalxır. Ona görə də tikintilərin bəzilər yarımçıq qalır. Bunları nəzərə almaq üçün dövlət qurumları fikirləşməlidirlər ki, pul verəndə, krediq verəndə qiymətlər qalxanda krediti artırsınlar. 160 nəfərin ərizəsində göstərilir ki, evləri yarımçıq qalır, tikilmir. Həmin adamlar torpaqlarını, evini satıb küçələrdə qalıblar" - bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Sosial Tədqiqatlar Mərkəzi, Azərbaycan Respublikasının Kiçik Və Orta Biznesin İnkişafı Agentliyi, Mediasiya Şurası, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə birgə keçirilən konfrans da çıxış edib. 

QHT.az xəbər verir ki, tikinti biznesinin reputasiyasını yüksək tutan və müştərilərinə məmnuniyyət yaradan onlarla milli şirkət mövcuddur. Lakin bu sahədə kriminallaşmaya meyil edən qurumlar və qanunsuz hərəkətlər az deyil.  Son 10 il ərzində 20-dən artıq tikinti şirkətinin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub. Eyni mənzilin bir neçə nəfərə satılmasına görə azadlıqdan məhrum edilən müxtəlif statuslu şəxslər mövcuddur. Cəzalandırma tədbirlərinə əsasən, 2010-cu ildən sonra başlanıb. 2017-ci ilin iyulunun 1-dən Mənzil Tikinti kooperativlərində satış qaydalarını dəyişməsinə dair, yəni ilkin ödənişdən, mərhələli qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə qədər yeni qaydalar təsdiqlənib. Lakin problem sonadək həllini tapmayıb.  

 

Pərvanə Fərhadqızı