Kiçik və Orta Biznesin İnişafı Agentliyinə, Mediasiya Şurası və Azərbaycan Tikinti iştirakçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunan "Mənzillə təminat"a həsr olunan konfransda müxtəlif hakimiyyət institutları- parlament, hökumət, 3-cü sektor və ən əsası tikinti şirkətlərinin birgə iştirakı ilə müzakirələr keçirilir.

"Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi” vəzifəsi müəyyən olunub. Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc konfransda məlumat verib. 

O, qeyd edib ki, 2022-2024-cü illər ərzində müvafiq dövlət-hökumət qurumları “vahid informasiya bazasının yaradılması, daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin toplanılması” işini həyata keçirməlidir: "Ümid edirik ki, bu tədbirlərin həyata keçirlməsi tikinti sahəsində mövcud problemlərin aradan qalxmasına kömək edəcəkdir".

 

Pərvanə Fərhadqızı