Ən narahatedici amil dövlət nəzarətinin zəif olmasıdır. İctimai nəzarət kifayət qədərdir. 15 ildir ki, Mənzil-Tikinti Kooperativləri işə başlayıb. Bakıda demək olar ki, boş yer qalmayıb. Əvvəllər müzakirə olsaydı daha çox effekt verərdi”.
QHT.az xəbər verir ki,  bu sözləri Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxışında bildirib.
Fərdi tikintilər məsələsinə də toxunan hüquq müdafiəçisi Azərbaycanda son aylarda neft sahəsində Balaxanı Əməliyyat Şirkətinin yerləşdiyi ərazidə tikinti işləri davam edir: “Burada dövlət nəzarəti yox dərəcəsindədir. Hamı bilməlidir ki, quyular yatmış ayı kimidir. Qaz, neft quyularının üstündə binalar tikilir. 2 il əvvələ kimi fərdi evlər tikilirdi, indi rəhbərlik dəyişdi deyə obyektlər tikilir. Bu sahəyə diqqət edilməlidir. Prezidentimiz də bunu dəfələrlə çıxışlarında vurğulayıb”.

Çıxışı zamanı Mirvari Qəhrəmanlı həmçinin bildirib ki, əgər bu vahid müqavilədən söhbət gedirsə yəqin ki, başqa MTK-larda da korrupsiya halları var. Bu sahədə dövlət nəzarəti zəif, ictimai nəzarət güclüdür. Çox işıqlandırılsa da məsələ bu vaxta kimi həllini tapmayıb. Kökündə bir çox amillərdən başqa müqavilə də durur. “Ərizə və şikayətlərə baxılma” haqqında Qanunun pozulması, korrupsiya halları və s. Narahatçılığım ondan ibarətdir ki, Bakıda torpaq sahəsi qalmayıb, 2 ağac kəsilən kimi orada bina tikirlər. Gec də olsa bu məsələni hansı qurum qaldırıbsa təşəkkürə layiqdir. Əgər vahid müqavilənin hazırlanmasını MTK-lardan kimsə bu işi hazırlayacaqsa yenə eyni məsələ olacaq”.

 

Pərvanə Fərhadqızı