Pakistanda kamikadzenin avtomobil dayanacağında törətdiyi partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb, Bəlucistanın səhiyyə naziri Baxt Məhəmməd Kakar bildirib.

QHT.az xəbər verir ki, daha 38 nəfərin yaralandığı qeyd edilir. Partlayış Bəlucistan Milli Partiyasının mitinqinin keçirildiyi yerin yaxınlığında baş verib.

"Ciddi təhlükəsizlik tədbirləri görüldüyü üçün kamikadze aksiya yerinə çata bilməyib", - nazir bildirib.

 

R.İmanov