Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin ictra etdiyi “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində sentyabr ayının 1-i 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Azərbaycan Ticarət evində “Panacea” şirkətinin həmtəsisçisi Sohail Ahmad ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə İRÖİB-in sədri i.f.d. Ruslan Atakişiyev ona layihənin məqsədi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların investisiya potensialı barəsində geniş məlumat verdi. O, bölgənin kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesi üzrə böyük potensialının olmasına diqqət çəkərək sərmayəçilər üçün yaradılmış investisiya mühiti – vergi, gömrük, sənaye parkları - barəsində də danışdı.

Prof. Sohail Ahmad Qarabağda görülən işlər, infrastruktur imkanları barəsində soruşdu. Həmçinin, dövlət tərəfindən yaradılmış biznes mühitindən bugünə kimi yararlanan sahibkarların təcrübəsi ilə maraqlandı. Sonda O,  ətraflarında olan iş adamlarına bu barədə məlumat verəcəyini və maraqlı tərəflərlə əlaqələrin qurulması, onların bölgəyə səfərinin təşkili istiqamətində dəstək verəcəyini bildirdi.

Yekunda xatirə şəkli çəkildi.