Britaniya Kadırovun anası və Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.

QHT.az xəbər verir ki, “Yeni sanksiyalar Putinin ukraynalı uşaqları zorla deportasiya etmək, onları ideoloji təlqinlərə məruz qoymaq və onların Ukrayna mədəni irsini silmək səylərini dəstəkləyənləri hədəfləyir. Siyahıya Rusiya dövləti ilə bağlı səkkiz şəxs və üç təşkilat daxildir.

Sanksiyalar, digərləri ilə yanaşı, Axmat Kadırov Fonduna, həmçinin fondun rəhbəri və Çeçenistan lideri Ramzan Kadırovun anası Aymani Kadırovaya qarşı tətbiq edilib”, - Böyük Britaniya hökuməti qeyd edib.

 

R.İmanov