Moskvada güclü tufan zamanı Ostankino teleqülləsinin yaxınlığındakı yaşayış binasına ildırım düşüb.
QHT.az xəbər verir ki, Moskvada güclü tufan zamanı Ostankino teleqülləsinin yaxınlığındakı yaşayış binasına ildırım düşüb. Şəhərdə şimşək çaxmaları, fasiləsiz yağış suları və "Mordor üslubunda qaranlıq səma" müşahidə olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən verdiyi məlumata görə, bu gün Moskva şəhərində hava şəraitinin kəskin pisləşəcəyi, güclü yağış, şimşək və iri dolu gözlənildiyi bildirilib.
Nazirlik Moskva sakinlərinə və şəhərin qonaqlarına ehtiyatlı olmağı tövsiyə edir:
-
Reklam lövhələrinin və qeyri-sabit konstruksiyaların yaxınlığında dayanmaqdan çəkinin,
-
Uşaqları daim nəzarətdə saxlayın,
-
Avtomobil idarə edərkən son dərəcə diqqətli olun.
Hazırda hava şəraiti ilə əlaqədar fövqəladə xidmətlər gücləndirilmiş rejimdə çalışır.
R.İmanov






