Qlobal səviyyədə dəbdəbəli mallara maraq azalır, lakin Sinqapur bu tendensiyanı sındırır.
QHT.az xəbər verir ki, ölkədə premium alış-veriş həcmi 2025-ci ildə 13,9 milyard Sinqapur dollarına (10,9 milyard ABŞ dolları) çatacaq – bu isə 7%-lik artım deməkdir. Bu yüksəliş Sinqapura təkcə regional alış-veriş mərkəzi statusunu möhkəmləndirmək deyil, həm də COVID-19-dan əvvəlki – 2019-cu ilin rekordunu 2026-cı ildə keçmək imkanı verir. Satış bumu eyni zamanda daşınmaz əmlak sektorunda da özünü göstərir. Savills-ə görə, Sinqapur yeni lüks butiklərin açılışına görə Asiyada (Çin istisna olmaqla) üçüncü yeri tutur.
Marina Bay Sands-dəki Shoppes kimi mərkəzlərdə VIP-lərə eksklüziv xidmətlər, fərdi üslub sessiyaları və satışdan öncə məhsullara çıxış təklif olunur. Milyonerlərin sayının artması və sərvət vergilərinin aşağı olması bu yüksəlişin başlıca səbəbləridir. Ölkədə 240 mindən çox milyonçu yaşayır – bu, son 10 ildə 64% artım deməkdir.
Ekspertlər Sinqapuru "dəbdəbənin vahəsi" adlandırır, markalar isə bura sınaq bazarı kimi yanaşır. RTG Group Asia qeyd edir ki, bu təkcə marketinq deyil, brendlə emosional bağların qurulması üçün strateji addımdır.
Bəs görəsən, Sinqapur yaxın gələcəkdə dəbdəbəli oazis statusunu qoruyub saxlaya biləcəkmi?
R.İmanov






