Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi regionlarda insan alverinə qarşı mübarizə tədbirləri davam edir.
Birlikdən QHT.az- a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunan layihə başlanılıb və layihənin icra planına uyğun olaraq davam edir. Əməkdaşlıq üzrə qurumlarla müvafiq əmək müqavilələri bağlanılıb.
Layihə çərçivəsində Quba, Qusar və Şabran rayonlarının mərkəzdən uzaqda yerləşən qəsəbə və kəndlərində insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işlərinin həyata keçirilir.
“Mərkəzdən ucqarlara-məişət zorakılığı, erkən nigahlar və potensial insan alveri qurbanları barəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbirlərində müvafiq icra hakimiyyəti orqanları və yüzlərlə vətəndaş iştirak edir.
Pərvanə Fərhadqızı












