“Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın müvəqqəti və təxirəsalınmaz tədbirlərə dair iddası üçün çıxardığı son qərarını Ermənistan öz xeyirinə şərh edirdi. Azərbaycan Xarici İşlər Nazirliyi məhkəmənin vəsadətini birmənalı şəkildə rədd etdiyi barədə açıqlama verib”.
Bu sözləri ictimai-siyasi xadim, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov QHT.az –a açıqlamasında bildirib. O, qeyd edib ki, Ermənistan sonuncu vəsadətində “2023-cü ilin 23 aprel tarixindən etibarən Laçın dəhlizində və ya onun boyunca yerləşdirilən Azərbaycana məxsus bütün şəxsi heyəti geri çağırılmasını və Azərbaycan Laçın dəhlizində və ya onun boyunca hər hansı bu cür personalı yerləşdirməkdən çəkinməsini" tələb edirdi: “Məhkəmə öz qərarında 22 fevral 2023-cü il tarixli Qərarına istinad edərək göstərir ki, “Azərbaycan Respublikası iş üzrə yekun qərar qəbul edilənədək irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə öhdəliklərinə uyğun olaraq irqi ayrı-seçkiliyin bütün formalarının qarşısının alınmasını təmin etməli və sərəncamında olan bütün tədbirləri görməlidir. Çünki hər iki istiqamətində Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etməlidir”
Sahib Məmmədov həmçinin qeyd edib ki, məhkəmə Ermənistanın tələbini təmin etməyib, vəsadət qəbul olunmayıb.
Pərvanə Fərhadqızı












