İordaniyanın Maan şəhərində yüksək rütbəli bir polis məmuru yanacağın qiymətinə görə ölkə boyu keçirilən etirazlarda güllələnib.

 

QHT.az xəbər verir ki, İordaniyada hazırda yüksək yanacaq qiymətlərinə görə tətil və etirazlar keçirilir. Maan şəhərində gecə saatlarında keçirilən etiraz aksiyasında zorakılıq baş verib. Nümayişçilər yollara qurduqları barrikadaları yandırarkən, müdaxilə edən polisə daş ataraq cavab veriblər.

 

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Polisin verdiyi açıqlamada, komissarın müavini Abdul Razzaq Abdel Hafez Al Dalabehin bir qrup şəxs tərəfindən başından vurularaq öldürüldüyü açıqlanıb.

 

 

Oxşar mənzərələr ölkənin şimalında, Suriya sərhədinə yaxın bir bölgədə, əhalinin sayına görə üçüncü ən böyük şəhəri olan İrbiddə də yaşanıb.