Avstraliyanın Sidney şəhərindəki bir supermarketdə qapalı paketlərdə satılan ispanaq ölkədə fövqəladə sağlamlıq xəbərdarlığına səbəb olub.

 

İspanaqları yeyən insanlar halüsinasiyalar görməyə başladığı üçün səhiyyə işçiləri təşvişə düşüb. 

 

QHT.az xəbər verir ki, indiyədək 9 nəfər müalicə olunmaq üçün xəstəxanaya üz tutub.

 Bu şəxslərdə görmənin bulanıqlığı, göz bəbəklərinin genişlənməsi, ürək döyüntüsü, halüsinasiyalar, delirium kimi ciddi şikayətlərin olduğu bildirilib.

 

Qeyd edək ki, daha sonra "Riviera Farms" markalı ispanaqların zəhərli olduğu öyrənildi.