Avstraliyalı deputat ənənəyə hörmət etməyə çalışarkən xəstəxanaya düşdü.
Yerli içki içmək istəyən deputat qəfildən xəstə olduğunu anlayanda xəstəxanaya aparılıb.
QHT.az xəbər verir ki, Avstraliya parlamentinin deputatı və keçmiş baş nazirin müavini Maykl Makkormak Mikroneziyaya rəsmi səfəri zamanı verilən yerli içkini ənənəvi olaraq bir qurtumda içdikdən sonra dünən xəstələnib. McCormack əvvəlcə gözlərinin qaraldığını, daha sonra isə xəstəxanaya aparıldığını bildirərək, yerli adət-ənənələrə hörmət etmək üçün bir qurtumda Sakau içdiyini söyləyib.
Sakau içdikdən sonra qəfil xəstələnən Makkormak susuzluqdan müalicə aldığı xəstəxanaya aparılıb.
Qeyd edək ki, deputatın hazırki vəziyyəti yaxşıdır.












