Keçmiş prezidentin vəzifəsindən uzaqlaşdırıldığı Peruda hadisələrin qızışmasından sonra fövqəladə vəziyyət elan edilib. 800-ə yaxın turist məşhur Maçu-Piçu ətəklərində qapalı qalıb.
QHT.az xəbər verir ki, Cənubi Amerika ölkəsi olan Peruda hadisələr xaotikləşməyə davam edir. Keçmiş prezident Pedro Kastillonun vəzifədən uzaqlaşdırılmasından sonra başlayan etirazlar səbəbilə ölkə daxilində fövqəladə vəziyyət elan edilib. Gecə komendant saatı gündəmdə olsa da, müdafiə naziri Alberto Otarola, "Davam edən vandalizm, zorakılıq aktları, magistral yollarda maneələr və yolların bağlanmasına güclü və səlahiyyətli cavab üçün 30 günlük fövqəladə vəziyyət elan edildi" dedi.
Peruda baş verənlərə görə yüzlərlə xarici turist ölkədə qapalı qalıb. Xüsusilə Perunun cənubunda etirazlar gücləndiyi üçün kənd təsərrüfatı təşkilatları müddətsiz tətilə başlayıblar. Ölkənin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Maçu Piçuda şiddətli etirazlar səbəbilə qatarların hərəkəti dayandırıldığı üçün 800 turistin uzun müddət təxliyə üçün gözlədiyi bildirilib. Belçikalı bir turist Fransız AFP-yə "Mən qatarla Maçu Piçuya ən yaxın olan Kuzko şəhərinə getməyi və Limaya təyyarə ilə çatmağı planlaşdırırdım, lakin hazırda vəziyyətim qeyri-müəyyəndir" dedi.












