Almaniyanın paytaxtı Berlində 1500 balıq və 1 milyon litr su olan akvariumun partlaması nəticəsində 2 nəfər yaralanıb.

"Dom Aquaree" əyləncə kompleksindəki otelin foyesində dünyanın ən böyük tək hissəli silindrik akvariumunda partlayış baş verib.

 

QHT.az xəbər verir ki, hadisə yerinə 100-dən çox təcili yardım qrupu göndərilib.

 

Polis 1 milyon litr su və 1500 balıq olan "AquaDom" akvariumunun partlaması nəticəsində 2 nəfərin yaralandığını açıqlayıb.

 

 

Partlayışın gücündən qapı və pəncərələr zədələnmiş, otelin qarşısındakı dekorativ heykəlciklər və gül dibçəkləri küçənin qarşısına atılıb.

 

Həmçinin "Karl-Liebknecht-Ştrasse" küçəsi hadisədən sonra nəqliyyatın hərəkətinə bağlanıb.

 

Partlayışın səbəbi hələlik məlum deyil.