“Bilik və Maarifçiliyin Inkişafı” İctimai Birliyi “Sosial müdafiə imkanları zəif olan gənclər arasında özünməşğulluq və sahibkarlıq fəaliyyətlərinin təşviqi” layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur.
QHT.az xəbər verir ki, layihənin icrası Gəncə şəhərində və Göygöl rayonunda həyata keçiriləcəkdir. Layihənin məqsədi Sosial müdafiə imkanları zəif olan gənclər arasında özünüməşğulluq və sahibkarlıq fəaliyyətlərinin təşviqidir. Layihə çərçivəsində, sosial müdafiə imkanları zəif olan gənclərin özünüməşğulluq və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək və stimullaşdırmaq məqsədilə “Öz Biznesinə Başla” modulu üzrə təlim sessiyasının, “Biznes planın hazırlanması” mövzusunda seminarların kecirilməsi və biznes planın hazırlanması üçün“Sərmayə Planı”, “Satiş Proqnozu Planı”, “Tədarük Planı”, “Digər Xərclər”, “Gəlir və Xərclər Planı” alt mövzularında məsləhət xidmətinin təşkili nəzərdə tutulur.
Layihə fəaliyyətləri nəticəsində 24 nəfər gənc özünüməşğulluq və sahibkarliq fəaliyyətinin təşkili ilə bağlı bilik və bacarıqlar, praktik vərdişlər əldə edəcəkdir. Onların müstəqil biznes plan hazırlamq bacarıqları artıracaqdırlar. Layihəyə cəlb edilmiş gənclər özünüməşğulluq və sahibkarlıq təşəbbüslərinin həyata keçirilməsi, xusisən biznes planın hazırlanması sahəsində göstəriləcək 16 təlim və 12 məsləhət xidmətindən faydalanacaqdır.
Qeyd edək ki, sosial müdafiə imkanları zəif olan gənclər tərəfindən 14 biznes ideyanın irəli sürülməsi, 6 tamamlanmış biznes planın hazırlanması proqnozlaşdırılır. Əldə ediləcək uğur göstəriciləri regionda özünüməşğulluq və sahibkarlığın inkişafına əlavə bir töhfə olacaqdır.
Pərvaə Fərhadqızı












