Müqavilə fərqli qayda nəzərdə tutulmadığı halda, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir.
MG Consulting MMC-dən QHT.az-a verilən məlumata görə müqavilə fərqli qayda nəzərdə tutulmadığı halda, özünün materiallarından hazırlanmış əmlaka mülkiyyət hüququ əldə edən mülkiyyətçi emalın dəyərini emal edən şəxsə ödəməlidir.
Qeyd edək ki, materialları emal etmiş şəxsin vicdansız hərəkətləri nəticəsində onları itirən materialların mülkiyyətçisi yeni əmlakın öz mülkiyyətinə verilməsini və ona vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Pərvanə Fərhadqızı












