Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatı və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə “Dalğalarla birlikdə yoqa” adlı dənizkənarı tədbir keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata görəə, tədbir çərçivəsində iştirakçılar üçün dəniz kənarında yoqa sessiyası təşkil olunub. Daha sonra iştirakçıların psixoloji rifahına dəstək məqsədilə “Neqativləri dənizdə burax” adlı məşğələ keçirilib.

Sonda iştirakçılar “Dəniz mənzərələri” mövzusunda rəsmlər çəkiblər.

Tədbirin məqsədi əlilliyi olan şəxslərin və gənclərin fiziki aktivliyinin artırılması, psixoloji rifahının dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili və sosial inteqrasiyasına töhfə vermək olub.