“Forbesdə Laçın korridorunda "humanitar yardımın" Xankəndinə çatdırılması, erməni icmasının "blokadada" olması ilə bağlı və post müharibə mühitini tam erməni mənbələrinə əsaslanaraq və məlumatları təhrif edərək məqalə yazan Ewelina U. Ochab haqqında online platformalardan məlumat topladım. Özünü hüquq müdafiəçisi adlandıran bu şəxs Suriya və İraqda DAEŞ soyqırımı, Qərbi Afrikada Boko Haram vəhşilikləri və Cənubi Asiyada dini azlıqların vəziyyəti daxil olmaqla, dünya üzrə azlıqların təqibi mövzusunda işləyirmiş”.
Bu sözləri QHT Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova QHT.az-a bildirib. O, qeyd edib ki, Genosidlərlə bağlı araşdırma aparan Ochab BMT-nin 30-dan çox hesabatının müəllifidir, Xocalıda baş verənlərdən yəqin xəbəri olmayıb: “Eyni zamanda yüzminlərlə Azərbaycanlının vəhşiçəsinə Qərbi Azərbaycandan didərgin salınmasını bilməyib. Hərhalda Qırmızı Xaç Komitəsinin gözü önündə mülki əsrlərə ermənilərin verdikləri işgəncədən, ermənilərin etnik təmizləmə siyasətindən də xəbərsizdir”.
Günel Səfərova həmçinin qeyd edib ki, bu erməni təəssübkeşliyidir, onlar onsuz da qərəzlidirlər, amma Azərbaycan diplomatiya, diaspora və beynelxalq əlaqələrlə işləyən civil toplumu koordinasiyalı işə cəlb etməlidir: “Bizdə diplomatik fəalliyyət güclüdür. Çox təəssüf ki, bizim beynelxalq platformalara çıxışı olan bəzi insanlar, yəni adını müstəqil qoyanlar bunu yalnız hakimiyyət əleyinə istifadə edirlər. Milli məsələdə fəaliyyət azdır”.
Pərvanə Fərhadqızı












