Xəbərlər 09.07.2025 16:29 23

Cəbrayıla köçürülən sakinlərin məşğulluq tədbirlərinə cəlb edilməsi davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl şəhərinə köçürülmüş sakinlərdən artıq 686 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

QHT.az xəbər verir ki, onlardan 633 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 27 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 53 sakin isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Sosial şəbəkələrdə də bizi izləyin:


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı