Şəhid ailələri ilə “Yaşıl İqtisadiyyat – Yaşıl Enerji” mövzusunda görüş keçirilib - FOTOLAR
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək"i/b-nin birgə təşkilatçılığı ilə "Yaşıl İqtisadiyyatda-Yaşıl Enerji"adlı layihə çərçivəsində Abşeron rayon Mehdiabad qəsəbəsində Sahibkar, Şəhid Aliyev Raufun ailə üzvü,təşkilatın Mehdiabad qəsəbə nümayəndısi Gülnar İbrahimova xanımın "ZərNur" tədris mərkəzində 20 Şəhid Ailə üzvləri ilə görüş təşkil edilərək keçirilmişdir.
QHT.az xəbər verir ki, görüşdə qəsəbənin icra nümayəndəsi Emin Abbasov, Bələdiyyə sədri Əbülfət Nuriyev ,qəsəbənin ağsaqqalı Nəriman Hacıyev,məktəbin direktor müavini Tahirə xanım fəxri qonaq olaraq iştirak edirdilər. Tədbir dövlət himni ilə başlayaraq, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin ruhunu bir dəqiqəlik sükut olaraq yad etməklə başladı. Layihənin məqsədi haqqında iştirakçılara məlumat verildi,qonaqların çıxışlarından sonra Şəhid ailə üzvlərinin mövzu ilə bağlı sualları cavablandırıldı.Həssas əhali qrupuna aid şəxslərin məşəulluğunu təşviq etmək və postcop dövründə "yaşıl enerji" dən istifadə edərək "yaşıl iqtisadiyyata" keçidi təmin etməklə iqlimdəyişikliyi dövrünün əsas prioritet istiqamətinə inteqrasiya tədbirin əsas mövzusu idi. Tədbir Şəhidlər haqqında xatirələri dunləməklə davam etdi.Sonda xatirə fotosu çəkildi.Layihə çərçivəsində tədbirlər başa çatmışdır.