Xəbərlər 09.07.2025 20:25 47

“Yaxşı mütəxəssis olmaq üçün mütləq ali təhsil vacib deyil” - QHT sədri

"Dünyanın heç bir yerində ümumiyyətlə belə bir mövzu yoxdur ki, sırf qadın olduğuna görə kiminsə işlə təmin olunsun, bu  düzgün deyil, bu zaman artıq cinsi məsələyə üstünlük vermək lazım deyil. Burada sırf kadr peşəkarlığı, kadr bacarığı, idarəetmə bacarığı olan insanlara üstünlük verilməlidir".

Bu sözləri “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, dünyadakı mövcud tendensiyalar nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun olaraq, bir necə ildir ki, peşə təhsili sisteminin təşkili və tətbiqi peşə təhsilin əhatə dairəsini daha da genişlənməsinə səbəb olub:

"Hətta ali təhsil almış gənclər, öz ixtisasları üzrə işlə təmin oluna bilmədikləri halda, peşə öyrənməyə daha böyük maraq göstərirlər. Vaxtilə peşə təhsili ali təhsil ala bilməyən orta məktəb şagirdləri üçün daha az prestijli alternativ hesab olunurdu. Bununla belə, son onilliklərdə peşə proqramlarının nüfuzu və güclü tərəfləri artıb. Peşə təhsili almaq maliyyə baxımından da səmərəlidir. Belə ki, peşə təhsili proqramları bir il və ya daha az müddətdə tamamlana bildiyi üçün təhsil xərcləri də əhəmiyyətli şəkildə azdır. Rəqamsallaşan dünyada vaxt itkisi və xərcləri nəzərə alaraq, getdikcə daha çox insan peşə təhsili və təliminə üstünlük verir. Bu da təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsilin inkişaf etdirilməsi və strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində, peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, gündəlik məişətdə daim peşəkar televizor, kompüter ustalarına və s. işini yaxşı bilən peşə sahiblərinə ehtiyac olur. Bu cür xidmətlər üçün müraciət etdiyimiz şəxslər işlərinin peşəkarı olanda məmnun oluruq ki, bu da keyfiyyətli peşə təhsilinin həm də ölkənin keyfiyyətli xidmət sahəsinin formalaşmasında mühüm rolunu göstərir".

QHT sədri ali təhsillə bağlı mövcud tendensiyaları şərh edərkən peşə təhsilinin əhəmiyyətinə də diqqət çəkib:

"Son olaraq qeyd etmək lazımdır ki, yaxşı mütəxəssis olmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Bu mənada müəyyən peşə ixtisası üzrə biliklərin əldə edilməsi ilə də iqtisadi və sosial həyatda əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. Peşə təhsilinin əhəmiyyəti həm də onunla bağlıdır ki, ümumilikdə əmək bazarının tələbatına uyğun olaraq, işlə təmin olunmaq daha asandır.Fikrincə, ali təhsil almaq istəyən oğlan abutriyentlərin sayının azalmasının bir səbəbi də elə budur".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı