Xəbərlər 09.07.2025 16:54 37

Şəhidimiz Əli Rzayevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Əli Nəsib oğlu Rzayev 1992-ci il iyulun 9-da Mingəçevir şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 6 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Əli Rzayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı